BMT Yəmən üçün 4 milyard dollarlıq yardım istəyir

BMT Yəmən üçün 4 milyard dollarlıq yardım istəyir
11 Dekabr 2018
Mətni dəyiş

BMT gələn il 20 milyon yəmənliyə humanitar yardım məqsədilə 4 milyard ABŞ dollar gərəkdiyini bildirir. Bunu qurumun humanitar məsələlər üzrə rəhbəri deyib. Yəmən əhalisinin 70 faizi hazırda müharibə şəraitindədir.

Mark Lowcock dekabrın 20-də deyib ki, ilk dəfədir 250 min yəmənli “fəlakət”lə üzləşib.

Lowcock-un jurnalistlərə deməsinə görə, ölkənin humanitar durumunda “ciddi, dramatik pisləşmə” yaranıb.

BMT 4 milyard dolları gələn ilə planlaşdırılan donor konfransından öncə toplamağa çalışacaq.

Fevralın 26-da Cenevrədə İsveç, İsveçrə və Birləşmiş Ştatların dəstəyilə konfrans keçirilməlidir.

BMT təmsilçisi hazırda İsveçdə BMT-nin sponsorluğu ilə keçirilən sülh danışıqlarında müsbət nəticə əldə olunacağına ümidini bildirib. Yəmən hökumətini Səudiyyə Ərəbistanı və hərbi müttəfiqləri dəstəkləyir, dörd ilə yaxındır İranın dəstəklədiyi husi üsyançılarla mübarizə aparır.

Münaqişədə 10 mindən çox adam həlak olub. BMT bu ölkədə dünyanın ən pis humanitar böhranının yarandığını bildirir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun