Xalq şairi bu quruma fəxri üzv seçildi

Xalq şairi bu quruma fəxri üzv seçildi
21 Sentyabr 2018
Mətni dəyiş

Azərbaycanın xalq şairi Sabir Rüstəmxanlı Dağıstan Mədəniyyət Nazirliyinin dəvətilə Mahaçqala şəhərində təşkil edilən ənənəvl kitab festivalında iştirak edir.

Kult.az xəbər verir ki, Qafqaz xalqlarının mədəniyyət xadimlərinin, Moskvadan, Belarusdan gələn tanınmış yazarların iştirakı ilə bu gün ədəbi əlaqələrin inkişafı, kitab nəşrinin və tərcümə işinin problemlərilə bağlı müxtəlif müzakirələr baş tutub. Həmçinin, Kabardin-Balkar Respublikasinin xalq şairi Saleh Qurtuyevin 80 illik yubileyi qeyd olunub.

S.Qurtuyev festivalda yenicə tərcümə və nəşr etdiyi "Kitabi-Dədə Qorqud” dastanını təqdim edib.

Sabir Rüstəmxanlı S.Qurtuyevi yubleyi münasibətilə təbrik edib, Dədə Qorqud boylarının tərcüməsinə görə ona Dünya Azərbaycanlıları Konqresinin Təşəkkür bəlgəsini çatdırıb və öz kitablarını kitabxanaya hədiyyə edib.

Yığıncağın sonunda S.Rüstəmxanlıya Şimali Qafqaz Yazıçılar Klubunun fəxri üzvlük bileti təqdim edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun