Tehranda Suriya sammiti keçirilir

Sentyabrın 7-də Rusiya, Türkiyə və İran prezidentləri Tehranda sammit keçirirlər. Onlar Suriyada üsyançıların əlində olan sonuncu məkanda qanlı toqquşmaları önləyəcəklərinə ümid edirlər.

BMT Suriya prezidenti Bashar al-Assad qüvvələrinin İdlib vilayətini ələ keçirməyi hədəfləyən hücumunun “faciəvi” ola biləcəyinə dair xəbərdarlıq edib. İndi üç lider bu hücumla bağlı razılığa gəlməyə çalışırlar.

Türkiyəylə sərhəd İdlibdə Assad-la savaşan onminlərlə üsyançı qalır.

Bu üsyançılar arasında Al-Qaeda qruplaşmasına bağlı 10 minədək döyüşçü də var. Vilayətdə 3 milyonadək dinc şəxs yaşayır və onların demək olar, yarısı Suriyanın digər yerlərindən köçkün düşüb.

“TERRORÇU” QRUPLARIN MƏHVİNDƏN DANIŞIRLAR

Rusiya və İran Suriya hökumətinin müttəfiqidir. Yeddi ildir gedən vətəndaş müharibəsində 400 mindən çox adam didərgin düşüb, milyonlarla şəxs məcburi köçkünə çevrilib.

Bu vilayət Suriya və Rusiya üçün strateji baxımdan vacibdir, çünki Assad-ın əsas istehkamı olan Latakya ilə sərhəddir, Rusiyanın ölkədəki ən böyük hava bazası da burada yerləşir.

Türkiyə vilayətdəki üsyançı qrupların çoxunu dəstəkləyir, ancaq bu yaxınlarda əsas üsyançı qrup, Al-Qaeda-ya bağlı Hayat Tahrir al-Sham-ı “terror təşkilatı” elan edib, onun məhv olunmalı olduğunu deyib.

Rusiya rəsmiləri də belə “terrorçu” qrupların “məhv”indən danışır. Rusiya ordusu bildirir ki, ekstremist döyüşçülərlə Türkiyənin dəstəklədiyi digər üsyançı qrupları ayırmağa çalışır.

Birləşmiş Ştatlar, Fransa və Britaniya xəbərdarlıq edib ki, Assad İdlibə hücum zamanı kimyəvi silaha əl atsa, ona qarşı tədbir görüləcək. Ölkənin digər yerlərində döyüşlər zamanı onun belə davrandığı iddia olunur.

BMT-nin xəbərdarlığına görə, İdlibə hücum daha 800 min dinc sakinin evindən didərgin düşməsinə səbəb olar.