Paşinyanın bloku böyük üstünlüklə qalib gəlib - 81%.

Paşinyanın bloku böyük üstünlüklə qalib gəlib - 81%.
25 Sentyabr 2018
Mətni dəyiş

İrəvan bələdiyyəsinə keçirilən seçkilərdə Paşinyanın bloku böyük üstünlüklə qalib gəlib - 81%.

Bu, inqilabdan sonra keçirilən ilk seçki idi və şübhə yoxdur ki, ölkə üzrə seçicilərin üçdə birindən çoxunun cəmləşdiyi İrəvandakı nəticələr bütün Ermənistandakı əhval-ruhiyyəni əks etdirir.

Qazanılan parlaq qələbə Paşinyan üçün növbəti hədəflərini həyata keçirmək üçün münbit zəmin yaradır. Xalq ona kart-blanş verdi ki, istədiyini edə bilərsən. Bundan sonra nə baş verəcək?

Aydındır ki, Paşinyanın əsas hədəfi mümkün qədər tez erkən parlament seçkilərinin keçirilməsi olacaq. Keçmiş iqtidar mənsublarına qarşı cinayət işləri davam edəcək. Paşinyan Qarabağ klanını əzib sıradan çıxarmağa, ümumən Ermənistan siyasətini yenidən dizayn etməyə çalışacaq. Xalq amili yəqin ki, Rusiyanı inqilabdan bəri olduğu kimi, yenə ehtiyatlı hərəkət etməyə sövq edəcək və Moskva onun maraqlarına qarşı açıq müdaxilələr olmadığı təqdirdə, baltanı əlinə almayacaq.

Yeri gəlmişkən, daşnakların cəmi 1,6% səs səs alması bu qüvvənin Ermənistan toplumundakı nüfuzunun real göstəricisidir. Sirr deyildi ki, Daşnaksutyun Qarabağ klanı tərəfindən himayə edilirdi və onların sayəsində mandat qazanıb parlamentdə və hökumətlərdə təmsil olunurdu. Hazırda "Sasna Tsrer" qruplaşmasının timsalında ultramillətçi elektorata xitab edəcək yeni siyasi partiya formalaşır və Paşinyan iqtidara gəldikdən sonra həmin qrupun liderləri həbsdən buraxıldı.

Sarkisyanın Respublika Partiyası seçkidə iştirak etməyib. Etsəydi, səs ala bilməyəcəyi aşkar idi. Erkən parlament seçkisi böyük ehtimalla bu partiyanı dəfn edəcək.

Şahin Cəfərli

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun