Zəfər Əhmədov həbsdə qaldı

Zəfər Əhmədov həbsdə qaldı
7 Avqust 2018
Mətni dəyiş

Bakı Apelyasiya Məhkəməsi avqustun 6-da 30 sutka inzibati cəza alan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Zəfər Əhmədovu azadlığa buraxmaqdan imtina edib.

Qərarı hakim Elşad Şamayevin sədrlik etdiyi məhkəmə heyəti qəbul edib.

Bu barədə AXCP mətbuat xidməti yayıb.

Məhkəmədə Z.Əhmədovun özü də iştirak edib. O, çıxışında apelyasiya şikayətinin dəlillərini müdafiə edib.

Bildirib ki, polisin qanuni tələbinə əməl etməməkdə günahlandırılması tamamilə əsassızdır.

İyulun 27-də Xətai Rayon Məhkəməsi AXCP üzvü Zəfər Əhmədli barəsində 30 sutkalıq inzibati həbs qərarı çıxarıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun