Messi "Barselona"nın kapitanı olub

Messi "Barselona"nın kapitanı olub
11 Avqust 2018
Mətni dəyiş

"Barselona"nın yeni kapitanı müəyyənləşib. Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Andres İnyestanın komandadan gedişindən sonra kapitanlıq sarğısı Lionel Messiyə verilib. Argentina millisinin də kapitanı olan 31 yaşlı hücumçu bunadək Kataloniya klubunda vitse-kapitan idi.

Hazırda isə vitse-kapitanlar Serxio Butskes, Jerar Pike və Serxi Robertodur. Qeyd edək ki, 16 yaşında "Barselona"ya cəlb edilən Messi 2005-ci ildən əsas komandada çıxış edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun