Azərbaycanın hərbi qulluqçusu yaralanıb

Azərbaycanın hərbi qulluqçusu yaralanıb
13 Avqust 2018
Mətni dəyiş

Ermənistan Respublikası Naxçıvan istiqamətində məqsədyönlü şəkildə vəziyyəti gərginləşdirməyə davam edir.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.

Bildirilib ki, avqustun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası istiqamətində qarşı tərəfdən atəşkəs rejiminin kobud şəkildə pozulması nəticəsində hərbi qulluqçu İsrafilov Samit Ədalət oğlu yaralanıb. Hərbi qulluqçuya dərhal tibbi yardım göstərilib, həyati təhlükə yoxdur.

Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan-Ermənistan dövlət sərhədində baş verənlərə görə məsuliyyət tam şəkildə Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun