Bakıda məhkəmənin azad etdiyi Türkiyə vətəndaşı oğurlanıb və Türkiyəyə aparılıb

Bakıda məhkəmənin azad etdiyi Türkiyə vətəndaşı oğurlanıb və Türkiyəyə aparılıb
14 İyul 2018
Mətni dəyiş

Türkiyənin kəşfiyyat xidməti (MİT) Fətullah Gülənin hərəkatına qarşı aparılan araşdırma çərçivəsində Azərbaycan və Ukraynada iki Türkiyə vətəndaşının saxlanıldığını bildirib.

Türkiyə KİV-lərinin məlumatına görə, xüsusi xidmətlər Gülənin iki tərəfdarını bu ölkələrdən çıxardıb, amma Türkiyə kəşfiyyatının əməliyyatı həyata keçirərkən əməllərini bu ölkələrin hakimiyyəti ilə razılaşdırıb-razılaşdırmadığı bildirilmir. Anadolu agentliyinin məlumatına görə, Azərbaycanda saxlanılan İsa Özdemir Gülən tərəfdarı kimi axtarışda idi, Türkiyə hakimiyyəti onu 2016-cı ilin iyulun 15-də baş vermiş hərbi çevriliş cəhdində ittiham edir.

Onların məhz nə vaxt saxlanıldığı və təqsirləndirilən şəxslərin nə vaxt Türkiyəyə aparıldığı bildirilmir.

Mövcud məlumata görə, Özdemir Türkiyə hakimiyyətinin tələbi ilə Bakıda saxlanılıb, amma Bakı Ağır Cinayətlər Məhkəməsi onu məhkəmə zalında həbsdən azad edib və onu Türkiyəyə təhvil verməkdən imtina edib. Amma bundan dərhal sonra o, yoxa çıxıb və yaxınlarının iddiasına görə, oğurlanıb.

Özdemir Bakı Dövlət Universitetinin məzunudur, 20 ildən çox Azərbaycanda yaşayıb. O, inşaat biznesində işləyib, "Avro 2000" özəl şirkətini yaradıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun