Bəxtiyar Hacıyevə qarşı qarayaxma kampaniyası başladılıb

Bəxtiyar Hacıyevə qarşı qarayaxma kampaniyası başladılıb
19 İyul 2018
Mətni dəyiş

Keçmiş vicdan məhbusu Bəxtiyar Hacıyevə qarşı kibercinayətkarlar kampaniya başladıblar. Bununla bağlı ictimai fəal öz facebook səhifəsində yazıb:  “Dünən  3 saata yaxın (17:00-20:00 arası) Dövlət Təhlükəsizliyi Xidmətində oldum. Telefon terrorçuları, kibercinayətkarların mənə qarşı kampaniyaları ilə bağlı araşdırma aparmaları üçün RƏSMİ müraciət etdim. Qəbul etdilər, detallara girmədən yazım ki, uzun söhbət oldu, dinlədilər, suallar soruşdular, tapılması istiqamətində işlər görəcəklərini dedilər, əlavə ekran görüntüləri və məlumatları çap edib, rəsmi müraciətə əlavə etməyimi istədilər.

DTX-ya da əvvəl yazdığım mövqeni təkrarladım. Ya dövlət, hakimiyyət, hüquq-mühafizə orqanları bu kibercinayətkarların, telefon terrorçularının kimliyini müəyyənləşdirməlidir, ya da prosesin arxasında hakimiyyətin özünün dayanmadığına şübhə yeri qalmayacaq. Əgər adi bir xuliqandırsa, tapılsın, cəzalandırılsın. Xarici xüsusi xidmət orqanıdırsa, tapılsın, sübut edilsin. Bu ikisi deyilsə, demək bunu təşkil edən hakimiyyətin özü, hüquq-mühafizə orqanlarıdır.

Əks halda, adi bir xuliqan kibercinayətkarı, xarici təxribatçını müəyyənləşdirə və zərərsizləşdirə bilməyən bu qədər hüquq-mühafizə orqanları, bu qədər texniki avadanlıqlar, həddindən artıq yüksək texnologiyalar, peyklər və s. kimə və nəyə lazımdır?”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun