AMEA-da prezident seçkisi olacaq

AMEA-da prezident seçkisi olacaq
7 İyun 2018
Mətni dəyiş

Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) prezident seçkisi keçiriləcək.

Qurumun məlumatına görə, AMEA-nın ümumi yığıncağı sabah, iyunun 8-də toplaşacaq.

Toplantıda AMEA Rəyasət Heyətinin 2017-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat təqdim olunacaq.

Yığıncaqda həmçinin, AMEA-nın prezidenti və Rəyasət Heyətinin yeni tərkibinin seçiləcəyi bildirilir.

AMEA-ya 2013-cü ildən geoloq-alim Akif Əlizadə başçılıq edir.

1932-ci ildə Dövlət Elmi Tədqiqat İnstitutunun bazasında Sovet Sosialist Respublikalar İttifaqı (SSRİ) Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan Şöbəsi yaradılıb. Həmin şöbə 1935-ci ildən isə SSRİ Elmlər Akademiyası Azərbaycan Filialı kimi fəaliyyət göstərməyə başlayıb.

Qurum 1945-ci ildən Azərbaycan Elmlər Akademiyası, 2001-ci ildən isə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) adlanır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun