Saleh Rüstəmov istintaq təcridxanasına köçürülüb

Saleh Rüstəmov istintaq təcridxanasına köçürülüb
31 May 2018
Mətni dəyiş
Gədəbəyin keçmiş icra başçısı, mayın 8-də həbs olunan və o vaxtdan Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (“bandotdel”) saxlanılan Saleh Rüstəmov bu gün Bakı İstintaq Təcridxanasına köçürülüb, onun qardaşı oğlu Vidadi Rüstəmov isə hələ də bandotdeldə saxlanılır.

Bu barədə ailəsindən bildirilib. Ailəsinə özü Kürdəxanıdakı təcridxanadan zəng vuraraq məlumat verib.

“Bandotdel”də onların işgəncəyə məruz qaldığına dair şübhələr var. Onların həmin idarədə vəkillərlə görüşünə imkan verilməyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun