AXCP üzvü ev dustaqlığına buraxılıb

AXCP üzvü ev dustaqlığına buraxılıb
23 May 2018
Mətni dəyiş

Mayın 22-də axşam saatlarında Nərimanov rayon məhkəməsində AXCP üzvü Mirfeyzulla Seyidovun ev dustaqlığına buraxılması barədə vəsatətə baxılıb.

Məhkəmə vəsatəti təmin edərək onun barəsindəki həbs qətimkan tədbirini dəyişib. Mirfeyzulla Seyidov hazırda öz evindədir. Bu barədə vəkil Cavad Cavadov məlumat verib.

Xatırladaq ki, AXCP Mərkəzi Nəzarət Təftiş Komissiyasının üzvü Mirfeyzulla Seyidov barəsində Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə cinayət işi açılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun