8 yaşlı uşaq əməliyyatdan sonra ölüb

8 yaşlı uşaq əməliyyatdan sonra ölüb
4 May 2018
Mətni dəyiş

"Bu 8 yaşlı yaraşıqlı oğlanı bir neçə gün öncə Xətai Estetik Klinikasında boğaz-burundakı əti kəsmək üçün əməliyyat ediblər. Amma artıq ət əvəzinə, arterial damarını kəsiblər. Damarı yandırıb yapışdırıblar. Dünən öskürəndə damar açılıb və uşaq qanaxmadan qısa vaxtda dünyasını dəyişib".

Bunu Emil Əmiraslanov özünün Facebook statusunda yazıb. Onun sözlərinə görə, 8 yaşlı Tunar Rafiq oğlu İsayev bu gün dəfn olunub.

Bu ölüm hadisəsi ilə bağlı klinika hər hansı açıqlama verməyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun