Şimali Koreya nüvə sınaq kompleksini mayda bağlayacaq

Şimali Koreya nüvə sınaq kompleksini mayda bağlayacaq
30 Aprel 2018
Mətni dəyiş

Cənubi Koreya, Şimali Koreyanın nüvə sınaq kompleksini may ayında ABŞ və Cənubi Koreyalı müstəqil müşahidəçilərin də iştirakı ilə bağlanılacağını açıqlayıb.

Bu barədə BBC məlumat yayıb.

Cümə günü Şimali Koreya lideri Kim Jong-un ilə Cənubi Koreya lideri Moon Jae-in görüşmüş və Koreya Yarımadasını nüvə silahlarından təmizlənməsi barədə birgə bəyannamə imzalamışdılar.

Açıqlamaya görə, Kim Jong-un, kompleksin qarşıdakı ay bağlanması üçün hazırlıqlara başlamağı vəd edib.

May ayında ABŞ Prezidenti Donald Trumpın da Kim ilə görüşəcəyi gözlənilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun