Şamaxıda nişanlı qız intihar etdi

Şamaxıda nişanlı qız intihar etdi
2 Aprel 2018
Mətni dəyiş

Şamaxı rayonunda intihar edən şəxsin adı məlum olub.

Rayonun Çölbağırlı kənd sakini, 2001-ci Mirzəyeva Ulduz Şəfi qızı yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü kəndirlə asıb. Valideynləri onu xəstəxanaya çatdırsalar da, həyatını xilas etmək mümkün olmayıb. U. Mirzəyeva xəstəxanada ölüb. Onun özünə qəsd etməsinin dəqiq səbəbi məlum deyil. Kənd sakinləri bildiriblər ki, Ulduz Mirzəyeva Hacıqabul rayonunun Muğanlı kəndində yaşayan xalası oğlu ilə nişanlı olub, yaxın vaxtlarda keçiriləcək toy mərasiminə hazırlaşırmış. Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

***

Şamaxı rayonunda intihar hadisəsi qeydə alınıb.

Çölbağırlı kəndində gənc qız özünü asaraq, öldürüb. Gəncin nişanlı olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun