Novruz Məmmədov baş nazir postuna namizəd irəli sürüldü

Novruz Məmmədov baş nazir postuna namizəd irəli sürüldü
21 Aprel 2018
Mətni dəyiş

Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov baş nazir postunda Artur Rasizadəni əvəz edəcək.

Prezidentliyə keçmiş namizəd, deputat Zahid Oruc özünün Facebook səhifəsində Novruz Məmmədovun baş nazir vəzifəsinə namizədliyinin irəli sürüldüyünü yazıb.

N.Məmmədovun namizədliyinin Milli Məclisə təqdim edildiyi barədə “İnterfaks” agentliyi də bildirir. Yaxın dəqiqələrdə Milli Məclisin iclası başlayacaq və N.Məmmədovun namizədliyi müzakirə olunacaq.

N.Məmmədovun 72 yaşı var, 1947-ci ildə Naxçıvanın Babək rayonunun Şıxmahmud kəndində anadan olub. 1997-ci ildən Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinə rəhbərlik edir, 2017-ci ildə prezidentin xarici əlaqələr üzrə köməkçisi təyin olunub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun