BP və SOCAR yeni saziş imzaladı

BP və SOCAR yeni saziş imzaladı
27 Aprel 2018
Mətni dəyiş

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və BP arasında Azərbaycanda geoloji kəşfiyyat işlərindən ötrü yeni hasilatın pay bölgüsü haqqında saziş (HPBS) imzalanıb.

Bu haqda SOCAR-ın yaydığı məlumatda bildirilir.

Verilən məlumata görə, sazişin imzalanma mərasimi Londonda, Azərbaycan prezidenti İlham Əliyev və Böyük Britaniyanın baş naziri Theresa May-in iştirakı ilə keçirilib. Sənədi SOCAR-ın prezidenti Rövnəq Abdullayev və BP Qrupunun baş icraçı direktoru Bob Dudley imzalayıb.

Şirkət qeyd edir ki, saziş Xəzərdə yeni imkanların araşdırılmasına şərait yaradır və Azərbaycanın hasilatına uzunmüddətli töhfə vermək potensialına malikdir.

Saziş Xəzər dənizinin Azərbaycan sektorunda şimali Abşeron hövzəsindəki D230 blokunun birgə kəşfiyyatı və işlənməsini nəzərdə tutur.

D230 blokunun işlənməsini nəzərdə tutan hasilatın pay bölgüsü sazişi (HPBS) 25 illik müddəti əhatə edir. BP 50 faiz iştirak payına malik olmaqla kəşfiyyat dövründə operator olacaq. İştirak payının digər 50 faizi isə SOCAR-a məxsus olacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun