Yeni yaradılmış polis şöbələrinə rəislər təyin olunub

Yeni yaradılmış polis şöbələrinə rəislər təyin olunub
19 Mart 2018
Mətni dəyiş

Bakıda yeni yaradılan polis şöbələrinin bəzilərinə rəis təyinatları olub.

Bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov əmr imzalayıb.

R.Usubovun əmri ilə Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 12-ci Polis Şöbəsinə (PŞ) polis polkovnik-leytenantı Elşən Tağıyev, Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə polis polkovnik-leytenantı Samir Həsənov, Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə polis polkovnik-leytenantı Zaur Əliyev, Nizami Rayon RPİ-nin 25-ci Polis Şöbəsinə polis polkovnik-leytenantı Elmir Hüseynov və Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinə polis mayoru Elnur Əliyev rəis təyin ediliblər.

Bakının yeddi polis bölməsinə şöbə statusu verilib. Polis şöbələrində şəxsi heyətin sayı polis bölmələrindəki şəxsi heyətdən daha çox olacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun