XİN: "Ticarət mərkəzindəki yanğında ölən və yaralananlar arasında Azərbaycan vətəndaşları yoxdur"

XİN: "Ticarət mərkəzindəki yanğında ölən və yaralananlar arasında Azərbaycan vətəndaşları yoxdur"
26 Mart 2018
Mətni dəyiş

Rusiyanın Kemerovo şəhərində yerləşən ticarət mərkəzində baş vermiş yanğında ölən və yaralananlar arasına Azərbaycan Respublikası vətəndaşlarının olmadığı bildirilir.

Bu barədə XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H.Hacıyevin sözlərinə görə, Rusiyanın Fövqəladə hallar Nazirliyinin Kemerovo vilayəti üzrə bölməsindən Azərbaycanın Rusiyadakı Səfirliyinə verilən məlumata görə, ticarət mərkəzində yanğında ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olması faktı qeydə alınmayıb.

Daha öncə XİN həmin yanğında ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olub, olmadığının araşdırıldığını bildirmişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun