"Eurovision"un ilk qalibi vəfat etdi

"Eurovision"un ilk qalibi vəfat etdi
25 Mart 2018
Mətni dəyiş

"Eurovision" mahnı müsabiqəsinin ilk qalibi, İsveçrə müğənnisi Liz Assia 94 yaşında Sürixdəki xəstəxanaların birində vəfat edib.

Liz Assia onun səhnə təxəllüsüdür. 1924-cü ildə anadan müğənninin əsl adı Roza-Mina Şererdir.

O, səhnə fəaliyyətinə rəqqasə kimi başlayıb. 1940-cı ildən müğənniliyə başlayıb.

1956-cı ildə "Eurovision" müsabiqəsində qalib gələndən sonra məşhurlaşıb.

O, bundan sonra ölkəsini daha iki dəfə sözügedən müsabiqədə təmsil edib.

1957-ci ildə 8-ci, 1958-ci ildə isə 2-ci olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun