Daxili Qoşunlara yeni qərargah rəisi təyin edilib

Daxili Qoşunlara yeni qərargah rəisi təyin edilib
12 Mart 2018
Mətni dəyiş

Daxili Qoşunlara yeni qərargah rəisi təyin edilib.

Bu barədə Prezidentin mətbuat xidməti məlumat verib.

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən Tofiq Vaqif oğlu Hüseynov Daxili İşlər Nazirliyinin Daxili Qoşunları komandanının 1-ci müavini - Qərargah rəisi təyin edilib.

İlham Əliyev bir neçə gün əvvəl T. Hüseynova general-mayor ali hərbi rütbəsi verilməsi haqqında da sərəncam imzalayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun