Bu il ərzaq 5.8 faiz bahalaşıb

Bu il ərzaq 5.8 faiz bahalaşıb
9 Mart 2018
Mətni dəyiş

2018-ci ilin ilk iki ayında Azərbaycanda istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin eyni dövrünə nisbətən 4,7% artıb.

Bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat verib.

Bildirilir ki, bu müddətdə ərzaq məhsullarının qiymətləri 5,8%, qeyri-ərzaq mallarının qiymətləri 4,7%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 3,3% artıb.

Aylıq müqayisədə isə istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,2%, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,4%, qeyri-ərzaq mallarının qiymətləri 0,1% artıb, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,1% azalıb.

Bu ilin yanvar ayında istehlak məhsullarının və xidmətlərin qiymətlərində 2017-ci ilin yanvar ayına nisbətən 5,5%, o cümlədən ərzaq məhsullarının qiymətlərində 6,9%, qeyri-ərzaq mallarının qiymətlərində 5,1%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətlərində 3,9% artım qeydə alınıb. 2017-ci ilin dekabr ayına nisbətən ərzaq məhsulları 0,5%, qeyri-ərzaq malları 0,2% bahalaşıb, əhaliyə göstərilən ödənişli xidmətlər isə 0,8% ucuzlaşıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun