1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb

1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb
30 Mart 2018
Mətni dəyiş

Azərbaycanda aprelin 11-də keçirilməsi nəzərdə tutulan Prezident seçkiləri ilə əlaqədar 119 seçki dairəsində veb-kameralar quraşdırılıb.

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında seçki məntəqələrində veb-kameralardan istifadə məsələsi müzakirəyə çıxarılıb.

MSK sədrinin müavini Natiq Məmmədov çıxışında qeyd edib ki, Prezident seçkiləri ilə əlaqədar işğal olunmuş ərazilərdə yerləşən 6 seçki dairəsinin ərazisi istisna olmaqla, 119 seçki dairəsindəki 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

MSK katibi Mikayıl Rəhimli seçkilərdə veb-kameralar quraşdırılan seçki məntəqələrinin sayının artırılmasını təklif edib.

MSK sədri Məzahir Pənahov isə deyib ki, veb-kameralar quraşdırılan seçki məntəqələrinin sayının seçki məntəqələrinin 20 faizini təşkil edir və bu, dünyada seçkilərə qiymət vermək üçün yetərlidir.

MSK-nın iclasında Prezident seçkilərində 119 seçki dairəsi üzrə 1000 məntəqədə veb-kameraların quraşdırılması və veb-kameralar quraşdırılan seçki məntəqələrinin siyahısının rəsmi dərc edilməsi barədə qərar qəbul edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun