Əziz Orucovun səhhətində problemlər yaranıb

Əziz Orucovun səhhətində problemlər yaranıb
30 Mart 2018
Mətni dəyiş

Kanal 13 internet televiziyasının həbsdə olan icraçı direktoru Əziz Orucovun səhhətində problemlər yaranıb.

Bu barədə jurnalistin həyat yoldaşı Lamiyə Orucova facebook səhifəsində yazıb.

“Martın 29-da Əzizlə telefonla danışdım. Səhhətində ciddi problemlər yaranıb. Böyrəyinin ağrıları artıb, bu da təyziqinin qalxmasına səbəb olub. Bu azmış kimi ürəyində də problemlər yaranıb. Sol qolunda üyüşmələr olduğunu, döş qəfəsində kəskin küt ağrıların artdığını dedi. Xahiş etdi ki, növbəti görüşdə ona lazımi dərman preparatları gətirim”, Lamiyə Orucova bildirir.

Penitensiar Xidmət Orucovun səhhəyi ilə bağlı məlumata hələ münasibət bildirməyib.

Əziz Orucov 2017-ci il mayın 2-də polisə tabe olmamaq ittihamı ilə 30 sutka həbs edilib. Bu müddət başa çatdıqdan sonra Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətindən sui-istifadə) maddələri ilə ittiham olunub. 6 il azadlıqdan məhrum edilib.

Əziz Orucov özünü təqsirli bilmir, jurnalist fəaliyyətinin qarşısını almaq üçün həbs edildiyini bildirib. Hüquq-müdafiə təşkilatları onu siyasi məhbus kimi tanıyıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun