Vəkil olmaq istəyənlər üçün şifahi imtahan mart ayının 1-dən etibarən başlanır

Vəkil olmaq istəyənlər üçün şifahi imtahan mart ayının 1-dən etibarən başlanır
10 Fevral 2018
Mətni dəyiş

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.

İclası giriş sözü ilə açan Vəkillər Kollegiyasının sədri Anar Bağırov Kollegiyanın cari fəaliyyəti barədə məlumat verərək, iclas iştirakçılarını sonuncu yazılı test imtahanının nəticələri barədə statistik məlumatlarla tanış edib. İmtahanın nəticələrini mübahisələndirən bir sıra şəxsin Dövlət İmtahan Mərkəzində keçirilmiş apelyasiyası barədə məlumat verib.

607 namizədin uğurla keçdiyi yazılı test mərhələsi Rəyasət Heyəti tərəfindən ümumən müsbət qiymətləndirilib.

Sonra sədr növbəti – şifahi imtahan mərhələsinin başlanma tarixi ilə bağlı təkliflə çıxış edib. Qərara alınıb ki, şifahi imtahan mərhələsinə mart ayının 1-dən etibarən başlanılsın.

Daha sonra bir neçə namizədin vəkilliyə qəbul məsələsi, hüquq məsləhətxanasına təhkim olunmuş vəkilin fərdi qaydada fəaliyyət göstərməsi barədə müraciəti müzakirə olunub, bəzi vəkillərin mükafatlandırılması məsələsinə, habelə Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun