Odessa şəhərinin meri saxlanılıb: o mənimsəmədə şübhəli bilinir

Odessa şəhərinin meri saxlanılıb: o mənimsəmədə şübhəli bilinir
14 Fevral 2018
Mətni dəyiş

Ukraynanın Qara Dəniz sahilindəki Odessa liman şəhərinin meri Hennadiy Trukhanov saxlanıb. O, xaricdə səfərdən qayıdarkən aeroportda, mənimsəmədə şübhəli bilinərək saxlanıb.

Borispol hava limanının rəsmiləri AzadlıqRadiosuna deyiblər ki, Trukhanov sərhədçilər tərəfindən saxlanaraq Ukraynanın Milli Antikorrupsiya Bürosuna təhvil verilib. Mer fevralın 14-də Varşavadan qayıdırmış.

NABU fevralın 13-də yaydığı bəyanatda bildirib ki, Trukhanov-a mənimsəmə işində şübhəli olmasına dair rəsmi informasiya verilib.

Məlumata görə, Odessa şəhər şurasının iki üzvü də bu işdə şübhəli sayılmalarına dair bilgiləndiriliblər.

Trukhanov 50 gün idi iş başında deyildi. Mətbuat xidməti fevralın 14-də bildirib ki, o, “istintaqda iştirak etməkdən ötrü” Çexiyaya işgüzar səfərini yarımçıq kəsərək Ukraynaya qayıtmalı olub.

Amma Trukhanov bu barədə açıqlama verməyib.

Trukhanov-un Ukraynaya qayıtmasından br gün öncə Odessa vilayətinin keçmiş qubernatoru Mikheil Saakashvili ölkədən deportasiya olunub. O, qubernator olarkən Trukhanov-u korrupsiyada ittiham edib. Amma 2016-cı ildə istefa verib, Poroshenko hökumətini onun antikorrupsiya işinə zərbə vurduğunu deyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun