Nemət Pənahlının məhkəməsi başqa vaxta keçirilib

Nemət Pənahlının məhkəməsi başqa vaxta keçirilib
15 Fevral 2018
Mətni dəyiş

Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlının yol hərəkəti qaydalarını pozmasına görə cərimələri ödəməməsi iddiası ilə bağlı məhkəmə iclasının qeyri-müəyyən vaxta təxirə salındığı bildirilir.

Nemət Pənahlının özünün bildirməsinə görə, bu qərarı fevralın 14-də Nəsimi Rayon Məhkəməsi çıxarıb.

Partiya sədrinin deməsinə görə, qısa məhkəmə iclası onun iştirakı olmadan keçirilib. N.Pənahlı məhkəməyə çağırılıb, amma iclas zalına buraxılmadığını söyləyir.

O, cərimələri ödəməkdən imtina edir. Partiya sədri bildirir ki, cərimələr barədə bildiriş çox sonra gəlib və qayda pozuntularının elektron qeydiyyatı sisteminə vaxtında daxil edilməyib.

"Bu məhkəmə işi siyasi məqsəd daşıyır və mənim vətəndaş fəallığımın məhdudlaşdırılmasına yönəlib", - N.Pənahlı bildirib.

Nemət Pənahlı həmçinin vurğulayıb ki, cərimələrin dəqiq məbləği ona bəlli deyil.

Partiya sədrinin bu açıqlamasına, hələlik, cavabdeh rəsmi qurumlardan və Nəsimi Rayon Məhkəməsindən münasibət almaq mümkün olmayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun