Azərbaycanlı Rusiyada nazir müavini təyin olundu

Azərbaycanlı Rusiyada nazir müavini təyin olundu
2 Fevral 2018
Mətni dəyiş

Rusiyanın baş naziri Dmitri Medvedev Azər Talıbovu Rusiya Federasiyasının İqtisadi İnkişaf nazirinin müavini vəzifəsinə təyin edib. Bu barədə Rusiya Nazirlər Kabinetində dərc olunmuş sərəncamda qeyd olunur.

“Talıbov Azər Mütəllim oğlu Rusiya Federasiyası iqtisadi inkişaf nazirinin müavini təyin olunsun”, – deyə sənəddə bildirilir.

RF İqtisadi İnkişaf Nazirliyinin saytında yayılan məlumata görə, hazırda nazir Maksim Oreşinin müavinlərinin sayı 11-ə çatıb.

Yeni nazir müavini kadr siyasəti ilə bağlı məsələlərə, nazirin fəaliyyətini təmin etməyə, hüquqi məsələlər və maliyyə fəaliyyətinə cavabdeh olacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun