Saday Şəkərli məhkəməyə müraciət etdi

Saday Şəkərli məhkəməyə müraciət etdi
19 Yanvar 2018
Mətni dəyiş

Həbsdə olan yazıçı-şair Saday Şəkərli vaxtından əvvəl azadlığa buraxılması üçün məhkəməyə müraciət edib.

Bu barədə məlumatı S.Şəkərlinin vəkili Fəxrəddin Mehtiyev verib.

Vəkil bildirib ki, S.Şəkərli Nizami rayon Məhkəməsinə müraciət ünvanlayıb: "Qanunvericiliyə edilən son dəyişiklikdən sonra Saday Şəkərli müraciət hazırladı. O, 2015-ci ildə həbs edilib və 5 il müddətinə azadlıqdan məhrum edilib. Cəzasının yarısını artıq çəkib. Yeni dəyişikliyə görə, onun azadlığa buraxılması mümkündür. Yəni, artıq iş üzrə mülki iddiaçı yoxdur, maddi ziyan yoxdur, ailə vəziyyəti və səhhətindəki problemlər məhkəmə tərəfindən nəzərə alına bilər. Bu məqsədlə də o, Nizami rayon Məhkəməsinə müraciət edərək məhkəmədən xahiş edib ki, vəziyyəti nəzərə alınaraq azadlığa buraxılsın".

F.Mehtiyev bildirib ki, S.Şəkərlinin şikayəti hələlik məhkəmədə icraata verilməyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun