Rus jurnalist Latviyadan deportasiya olunub

Rus jurnalist Latviyadan deportasiya olunub
3 Yanvar 2018
Mətni dəyiş
Rusiyanın "TVTs" ("ТВЦ") telekanalının reportyoru Anatoly Kurlayev Latviyada saxlanıb və deportasiya olunub. Səbəb onun ölkəyə girişi yasaqlanmış şəxslərin siyahısına salınmasıdır. Latviyanın daxili işlər naziri Rihards Kozlovskis çərşənbə günü bu barədə açıqlama verib. “Bu qadağa həmişəlik deyil, müəyyən müddətə qoyulub. Bu qadağa hər üç ildən bir nəzərdən keçirilir. Hökumətin gəldiyi qənaətə əsasən, daxili işlər nazirliyi bu şəxsi siyahıya salıb”, – deyə, nazir yerli LNT kanalına deyib. Nazirin sözlərinə görə, ötən il Latviya 100-dən çox adamı qara siyahıya salıb. Siyahı bu ölkəyə düşmən münasibət sərgiləyən, yaxud kriminal hərəkətlərə görə tərtib olunur. Rusiyalı reportyor yanvarın 1-də Riqaya gedərək oteldə qalıb. Yerli radiostansiyaya deməsinə görə, onu ticarət mərkəzində saxlayıb və Latviyaya daxil olmasının ömürlük yasaqlandığını bildiriblər. “Dövlətə hədələr kimi bəzi şeylər danışırdılar”, – telejurnalist söyləyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun