PA-nın Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinə yeni müdir təyin edilib

PA-nın Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinə yeni müdir təyin edilib
17 Yanvar 2018
Mətni dəyiş

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında (PA) kadr təyinatı olub.

Bu barədə PA-nın mətbuat xidməti məlumat verib.

Bildirilir ki, prezident İlham Əliyev administrasiyanın şöbəsinə yeni müdirin təyin olunması barədə sərəncam imzalayıb.

Sərəncama əsasən, Etibar Nəcəfov PA-nın Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri təyin edilib.

Etibar Nəcəfov Bakı Slavyan Universitetində “Avropaşünaslıq” kafedrasının professoru və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Fəlsəfə və Sosial Psixologiya” kafedrasının müdiri vəzifəsində işləyir.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyində çalışıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun