İlham Əliyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 2 milyon manat ayırıb

İlham Əliyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 2 milyon manat ayırıb
4 Yanvar 2018
Mətni dəyiş

Prezident İlham Əliyev Ağdam rayonunda yol tikintisinə 2 milyon manat pul ayırıb.

Abzas.net xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat verib.

Bildirilir ki, İlham Əliyev Ağdam rayonunun Əfətli–Hacıturalı–Həsənxanlı avtomobil yolunun tikintisinə pul ayrılması ilə bağlı sərəncam verib.

Sərəncama əsasən, qeyd edilən yolun tikintisi üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 2 milyon manat ayrılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun