AŞPA-nın vitse-prezidenti Səməd Seyidov sessiya zamanı Serzh Sargsyanı ittiham edib

AŞPA-nın vitse-prezidenti Səməd Seyidov sessiya zamanı Serzh Sargsyanı ittiham edib
24 Yanvar 2018
Mətni dəyiş

"Siz nə üçün Xocalı soyqırımından danışmadınız? O soyqırımda azərbaycanlı yaşlılar, uşaqlar məhv ediliblər. Nə üçün Qarabağda etdiyiniz etnik təmizləmə siyəsətiniz barədə heç nə demirsiniz?" - Səməd Seyidov deyib.

Məlumata görə, bunu Avropa Şurası Parlament Assamleyasının (AŞPA) vitse-prezidenti, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bu gün AŞPA-nın qış sessiya çərçivəsində Ermənistan prezident Serzh Sargsyana sual verərkən deyib.

"Siz beynəlxalq təşkilatların qərarlarına riayət etmirsiniz. İstər bu təşkilat olsun, istərsə də BMT-nin qətnamələri olsun", - deyə, S.Seyidov vurğulayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun