Əziz Orucov yenidən məhkəmə qarşısında

Əziz Orucov yenidən məhkəmə qarşısında
29 Yanvar 2018
Mətni dəyiş

"Kanal-13" internet televiziyasının həbsdə olan icraçı direktoru Əziz Orucovun hökmündən apellyasiya şikayəti üzrə məhkəmə başlayır.

Jurnalistin şikayətinə fevralın 6-da Bakı Apellyasiya Məhkəməsində Əmir Bayramovun sədrlik etdiyi hakimlər kollegiyası baxacaq. Bu haqda vəkil Cavad Cavadov məlumat verib. 2017-ci ilin mayında həbs olunan Ə.Orucov haqqında dekabrda hökm çıxarılıb. O, 6 il azadlıqdan məhrum edilib. ziz Orucov 2014-cü ildə yerli və xarici QHT-lərə qarşı başlanmış cinayət işi çərçivəsində həbs olunub. O, Cinayət Məcəlləsinin 192.2.2 (külli miqdarda mənfəət əldə etməklə qanunsuz sahibkarlıq) və 308.2-ci (vəzifə səlahiyyətindən sui-istifadə) maddələri ilə ittiham olunur. Ə.Orucov özünü təqsirli bilmir. Almaniyada yaşayan qardaşı Anar Orucov da deyir ki, Əziz onun orada Azərbaycan hökuməti əleyhinə etiraz aksiyalarında iştirakına, tənqidlərinə görə cəzalandırılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun