Təyyarə vurulması işində Rusiya generalının adı hallanır

Təyyarə vurulması işində Rusiya generalının adı hallanır
8 Dekabr 2017
Mətni dəyiş

2014-cü ildə Ukraynanın şərqində mülki təyyarənin vurulmasıyla bağlı istintaqda yüksəkçinli rusiyalı generalın adı hallanır.

Etibarlı beynəlxalq araşdırma qrupu olan Bellingcat dekabrın 8-də yaydığı hesabatda bildirir ki, kommunikasiyalarda Delfin (Dolphin) adlandırılan şəxs Rusiyada istefada olan general polkovnik, Rusiya Mərkəzi Hərbi Dairəsinin baş inspektoru Nikolai Tkachyov-dur.

HESABAT NƏZƏRƏ ALINIB

Bellingcat açıq audio və vizual dataları təkmil rəqəmsal texnika vasitəsiylə təhlil edir.

Niderlandın başçılıq etdiyi Birgə Təhqiqat Komandası (JIT) Ukrayna üzərində Malayziya təyyarəsinin vurulmasını araşdırır, 2016-cı ilin sentyabrında, daha öncə də məlumatlar açıqlayıb. Aşkarlanmış kommunikasiyaların audio yazılarında Delfin və Orion psevdonimlərindən istifadə olunurdu.

JIT həmin şəxslər barəsində əlavə informasiya əldə etməyə çalışır. Ancaq onların təyyarənin vurulmasında hansı rolu oynadığı da aydın deyil.

JIT dekabrın 8-də bildirib ki, Bellingcat-ın hesabatını nəzərə alıb, ancaq əlavə informasiya verilməyib. ​

MH17 təyyarəsi 2014-cü il iyulun 17-də Ukraynanın Donetsk regionu üzərində vurulub, təyyarədəki 298 nəfər həlak olub. JIT təyyarənin rusiyapərəst separatçıların nəzarətində olan ərazidən, Buk sistemiylə vurulduğunu müəyyənləşdirib.

Rusiya hökuməti və separatçılar hadisəyə görə məsuliyyət daşımadıqlarını bildirirlər və faciəyə görə bir neçə fərziyyə ortaya atıblar. 2015-ci ilin iyulunda Rusiya BMT qətnaməsinə veto qoyub. Qətnamədə insidentə görə məsuliyyət daşıyanları mühakimə edəcək beynəlxalq tribunalın yaradılması nəzərdə tutulurdu.

Rusiya Ukraynanın daxili işlərinə müdaxilə etmədiyini deyir. Amma Moskvanın separatçılara hərbi, iqtisadi və siyasi dəstək göstərməsinə dair sübutlar var.

2014-cü ilin aprelindən Ukraynada münaqişədə 10 mindən çox ölən olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun