Gaddafi-nin oğlu Liviyada keçiriləcək prezident seçkilərində iştirak edəcək

Gaddafi-nin oğlu Liviyada keçiriləcək prezident seçkilərində iştirak edəcək
18 Dekabr 2017
Mətni dəyiş

Liviyanın keçmiş prezidenti, ölkədə baş verən vətəndaş müharibəsi zamanı öldürülmüş Muammar Gaddafi-nin oğlu Saif al-Islam Gaddafi prezident seçkilərində iştirak etmək niyyətində olduğunu bildirib. 

Abzas.net xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Belə bir açıqlamanı Saif al-Islam Gaddafi-nin nümayəndəsi Basem al-Hashimi əl-Sül-ün verdiyi bildirilir.

Basem al-Hashimi əl-Sül-ün sözlərinə görə, Saif al-Islam Gaddafi Liviyadakı bütün münaqişə tərəfləri ilə razılığa gələrək, ölkədə sabitlik və təhlükəsizliyi bərqərar etməyi düşünür:

"Saif al-Islam Gaddafi 2018-ci ilin ortalarında keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcək".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun