Azərbaycanlı təyyarənin yük yerində Almaniyaya qaçıb

Azərbaycanlı təyyarənin yük yerində Almaniyaya qaçıb
11 Dekabr 2017
Mətni dəyiş

Azərbaycana məxsus aviaşirkətin əməkdaşı təyyarənin yük yerində Almaniyaya gedib. Bu barədə Almaniyanın “focus.de” saytı məlumat yayıb.

Sayt yazır ki, hadisə dekabrın 8-də, günün ikinci yarısında Frankfurt-Han hava limanında uçuş-enmə zolağında saxlanılıb. 40 yaşlarında olan kişinin üzərində heç bir sənəd və yük olmayıb. O, federal polisə təslim edilib.

Onun aviaşirkətdə çalışdığı məlum olub. Dindirilmə zamanı deyib ki, yüklər təyyarəyə yerləşdirilərkən yük yerində gizlənib. O, Almaniyada daha yaxşı həyata ümid etdiyini söyləyib.

Sayt onun barəsində sərhədin qeyri-qanuni keçilməsi maddəsi ilə cinayət işinin başladıldığını yazır.

Frankfurt-Han hava limanına Azərbaycandan əsasən “Silk Way” şirkətinə məxsus təyyarələr uçur.

Bu şirkət Azərbaycan prezidentini qızları Leyla və Arzu Əliyevaya, eləcə də AZAL Dövlət Konserinin rəhbəri Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyevaya məxsusdur. Ancaq azərbaycanlının dəqiq hansı şirkətə məxsus təyyarənin yük yerindən çıxması açıqlanmır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun