Ağsu və Ucar rayonlarına yeni polis rəisləri təyin edilib

Ağsu və Ucar rayonlarına yeni polis rəisləri təyin edilib
21 Dekabr 2017
Mətni dəyiş

Ağsu və Ucar rayonlarının Polis Şöbələrinə yeni rəis təyinatları olub. 

Abzas.net xəbər verir ki, daxili işlər naziri, Ramil Usubovun imzaladığı əmrlə Daşkəsən rayon Polis Şöbəsinin rəisi Fəxrəddin Abbasov tutduğu vəzifədən azad edilərək Ağsu Rayon Polis Şöbəsinin (RPŞ) rəisi təyin edilib.

Ramil Usubovun digər əmri ilə, Ağsu RPŞ-nin rəisi Eldar Paşayev tutduğu vəzifədən azad edilərək Ucar RPŞ-nin rəisi vəzifəsinə təyin edilib.

Dekabrın 20-si Ramil Usubov tərəfindən imzalanan müvafiq əmrlərlə Saatlı RPŞ-nin rəisi Cəbrayıl Vəliyev Salyan RPŞ-nə, Gəncə Şəhəri Kəpəz RPŞ-nin rəisi Azər Tağıyev isə Saatlı RPŞ-nə rəis təyin olunub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun