ABŞ senatı vergi islahatlarını qəbul edir

ABŞ senatı vergi islahatlarını qəbul edir
20 Dekabr 2017
Mətni dəyiş

ABŞ senatı vergi islahatları qanununu qəbul edib. Bu, son 30 ildə qanunvericiliyin köklü dəyişikliyi sayılır.

Layihə dekabrın 20-də gecəyarısı 51-48 səs fərqiylə qəbul olunub. Senatın ictimai qalereyasına toplaşmış etirazçılarsa “layihəni ləğv edin” şüarı səsləndirsələr də, onları bayıra çıxarıblar.

Bir neçə saat öncə Nümayəndələr Palatası layihəni 227-203 səs fərqiylə qəbul etmişdi.

Respublikaçılar Konqresin hər iki palatasında üstünlük təşkil edir.

Layihə dekabrın 20-də Palatada ikinci səsverməyə çıxarılacaq. Keçərsə, bu, prezident Donald Trump-ın bu ilin yanvarında vəzifəyə keçəndən ilk böyük qələbəsi sayılacaq.

Respublikaçılar həm şirkətlər, həm də ailə təsərrüfatları üçün vergi dəyişiklikləri nəzərdə tutan bu islahatın iqtisadi artımı gücləndirəcəyini bildirir.

Ancaq tənqidçilərin fikrincə, məqsəd korporasiyalar və zənginlərə əlavə imkan yaratmaqdır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun