Rusiyada əhalinin gəlirləri dayanmadan azalır

Rusiyada əhalinin gəlirləri dayanmadan azalır
26 Noyabr 2017
Mətni dəyiş

Sentyabr-oktyabr aylarında Rusiyada ÜDM-in həcmi geriləməyə başlayıb.

2017-ci ilin yekununda Rusiyada illik iqtisadi artım 1,5-1,7% təşkil edəcək ki, bu da Mərkəzi Bank, İqtisadi İnkişaf Nazirliyi və bir sıra beynəlxalq təşkilatların proqnozlarından aşağıdır. Belə ki, onlar Rusiya iqtisadiyyatının 2017-ci ildə 2% və daha çox artacağını ehtimal edib.

VEB-ə görə, Rusiyanın sentyabrda 1,9% olan iqtisadi artım tempi oktyabrda 1%-ədüşüb. Əsas mənfi təsir göstərən kənd təsərrüfatı (-2%), elektrik enerjisi, qaz və su istehsalı (-1,5%), emal sənayesi (-0,7%), pərakəndə ticarət (-0,9%) və inşaat (-0,6%) sektorları olub.

Bankın baş iqtisadçısı Andrey Klepaşa görə, III rübdə formalaşan mənfi tendensiyalar oktyabr ayında daha qabarıq şəkildə ortaya çıxıb, sənayenin artımında fasilə yaranıb.

Həmçinin, investisiyalar və əhalinin real gəlirləri də azalma göstərib. Əhalinin real gəlirləri yeganə iqtisadi göstərici olub ki, iqtisadi artım bərpa olunsa da, artım göstərməyib və 2014-cü ilin əvvəlindən mütəmadi olaraq azalmağa davam edir. Son 4 ildə real gəlirlərdə azalma 12-14% təşkil edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun