"Premium" və "Super" markalı benzinin qiyməti qalxıb

"Premium" və "Super" markalı benzinin qiyməti qalxıb
18 Noyabr 2017
Mətni dəyiş

Azərbaycanda “Aİ-95” (“Premium”) və “Ai-98” (“Super”) markalı benzinin qiyməti qalxıb.

Abzas.net xəbər verir ki, "Premium" və "Super" benzin Azərbaycana xaricdən idxal olunur.

Hər iki markadan olan benzinin 1 litrinin pərakəndə satış qiymətində 0,20 manat artım baş verib. Bundan sonra "Aİ-95" 1.25, "Aİ-98" isə 1.50 manata satılacaq.

Qiymət artımı, başda Rumıniya olmaqla, mənbə ölkələrdə bahalaşma ilə əlaqələndirir.

Bir müddət, Azərbaycanda "Aİ-98” (“Super") markalı benzinin satışı dayandırılıb. "Super" markalı benzinin idxalı və satışı ilə məşğul olan "SOCAR Petroleum" QSC-nin mətbuat xidmətinin rəhbəri Üzeyir Həbibbəyli bildirib ki, fasilə təxminən 1 ay davam edəcək:

“Artıq yanacaq sifariş verilib. Gömrük rəsmiləşdirilməsinə sərf olunan vaxtı da nəzərə alsaq, yeni yanacaq partiyası təxminən 1 ay sonra Azərbaycana gətiriləcək".

 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun