Keçmiş deputatın oğlunun döydüyü adam şikayətini geri götürüb

Keçmiş deputatın oğlunun döydüyü adam şikayətini geri götürüb
8 Noyabr 2017
Mətni dəyiş

Bu gün Nəsimi rayon Məhkəməsində sabiq deputat Hacı Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadənin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

Hakim Şəlalə Həsənovanın sədrlik etdiyi iclasa anket məlumatları dəqiqləşdirilib. İclasda zərərçəkmiş şəxs çıxış edərək şikayətçi olmadığını deyib.

Ə. Salahzadənin vəkilləri isə həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət veriblər. Lakin məhkəmə vəsatəti təmin etməyib.

Prosesin baxış iclası noyabrın 20-nə təyin edilib.

Ə. Salahzadə bir müddət əvvəl həbs edilib. Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla onun barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Ə. Salahzadə “Azərsu” ASC-nin əməkdaşını döyməkdə təqsirli bilinir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun