Putin Ərdoğanı təbrik etdi

Putin Ərdoğanı təbrik etdi
29 Oktyabr 2017
Mətni dəyiş
Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan zəng vurub.

“Ölkə.Az” xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Yayılan xəbərə görə, Putin Ərdoğanı Türkiyənin Cümhuriyyət Günü münasibəti ilə təbrik edib. O, türk xalqına firavanlıq arzulayıb.

Bundan başqa, danışıq zamanı ikitərəfli əlaqələr və Suriyada olan vəziyyət müzakirə olunub. İdlibdəki vəziyyəti dəyərləndirərkən, ölkə başçıları atılan addımların əlaqələndirilmiş olmasının vacibliyini vurğulayıblar. Habelə, dövlət başçıları terrorla mübarizə və siyasi nizamlanma prosesinin intensivləşdirilməsini  müzakirə ediblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun