Maltadakı korrupsiya və çirkli pullarla bağlı məsələləri Avropa Parlamentində araşdıracaq

Maltadakı korrupsiya və çirkli pullarla bağlı məsələləri Avropa Parlamentində araşdıracaq
28 Oktyabr 2017
Mətni dəyiş

Maltada bu yaxınlarda qətlə yetirilmiş jurnalist Dafne Qalizia ilə bağlı siyasi ehtiraslar belə soyumaq bilmir. Avropa Birliyinin üzvü olan ölkədə korrupsiya araşdırmaları sahəsində fəaliyyəti ilə böyük populyarlıq qazanmış şəxsin vəhşicəsinə qətlə yetirilməsi Avropa Parlamentinin ciddi diqqət mərkəzindədir.

Baş vermiş hadisənin birlik üçün olduqca utancverici hadisə olduğunu bildirən avropalı deputatlar Malta ilə bağlı ciddi tədbirlərin görülməsinə çağırırlar. Bu çərçivədə öldürülmüş jurnalistin ailə üzvləri Avropa Parlamentinə dəvət ediliblər. Bununla yanaşı bəzi deputatların onlarla şəxsi söhbətləri olub və bu barədə aşıqlama da veriblər. Belçikanın keçmiş Baş naziri, Avropa Parlamentinin deputatı Qay Verxofstatın açıqlaması diqqəti daha çox cəlb edir: ”Dafne Qalizianın oğlu ilə söhbət mənə çox pis təsir etdi. Öldürülmüş jurnalistin oğlu Maltada olan böyük korrupsiya haqqında geniş və ətraflı məlumat verdi”.

Araşdırmaçı jurnalistin qətli Avropa Parlamentini Malta ilə bağlı ciddi addımlar atmağa məcbur etməsi onunla nəticələnib ki, bu ölkədə olan korrupsiya və çirkli pullarla bağlı faktları araşdırmaq nümayəndə heyətinin kiçik ada dövlətinə göndərilməsi haqqında qərar qəbul edilib. Bununla yanaşı Avropa Parlamenti noyabrın 14-də Maltadakı korrupsiya və çirkli pullarla bağlı məsələləri geniş tərkibli iclasda müzakirə etmək qərarı da verib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun