Gürcüstanda azərbaycanlı bələdiyyə namizədinə atəş açılıb

Gürcüstanda azərbaycanlı bələdiyyə namizədinə atəş açılıb
20 Oktyabr 2017
Mətni dəyiş

Gürcüstanın Marneuli rayonunda 19 Oktyabr saat 23:00 rədələrində naməlum şəxslər odlu silahdan atəş açaraq hakim partiyadan 4 nəfəri yaralayıb, rəsmilər bildirib.

"Marneuli rayonunun Qızılhacılı kəndində, "Gürcü Arzusu" partiyasının seçki qərargahı yaxınlığındakı ərazidə naməlum şəxs avtomatdan açdığı atəşlə 4 nəfərə xəsarət yetirib", - Gürcüstan Daxili İşlər Nazirliyinin rəsmi açıqlamasında deyilir.

Cümə günü yayılan məlumatda bildirilir ki, sağlamlığa qəsdən ağır xəsarət yetirmə maddəsi ilə cinayət işi başlayıb, istintaq aparılır.

DİN-in açıqlamasına əsasən xəstəxanaya çatdırılmış yaralıların həyatına təhlükə yoxdur.

Gürcüstanın Kvemo-Kartli bölgəsinin qubernator müavini Zaur Darğalı xəbəri BBC Azərbaycancaya təsdiq edib.

"Hadisə Qızılhacılı kəndində seçki qərargahının qarşısında baş verib", Zaur Darğalı deyib.

Gürcüstanın Daxili işlər naziri Giorgi Mğebrişvili
Gürcüstanın Daxili işlər naziri Giorgi Mğebrişvili istintaqın aparıldığı müddətdə hadisəni sırf siyasi müstəvidə görməməyə səsləyib.

Onun sözlərinə görə, insident zamanı "Gürcü Arzusu" Partiyasının Marneuli rayon bələdiyyə üzvlüyünə Qızılhacılı kəndindən üzrə majoritar namizəd Ceyhun Çovdarov və daha üç şəxs yaralanıb.

Yaralılar Anar Məmişov, Vüqar Bayramov Azad Çobanov xəstəxanaya yerləşdiriliblər və vəziyyətləri stabildir, o, əlavə edib.

Gürcüstanın daxili işlər naziri Giorgi Mğebrişvili və səhiyyə naziri hadisə yerinə gedib və vəziyyətlə maraqlanıblar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun