Çingiz Qənizadə Hacı Qalibə qarşı şikayətini geri götürdü

Çingiz Qənizadə Hacı Qalibə qarşı şikayətini geri götürdü
12 Oktyabr 2017
Mətni dəyiş

Millət vəkili Çingiz Qənizadənin sabiq deputat, Şeyxülislam Hacı Allahşükür Paşazadənin qudası Hacı Qalib Salahzadəyə qarşı xüsusi ittiham qaydasında şikayətini geri götürüb.

Abzas.net xəbər verir ki, bu barədə Ç. Qənizadənin vəkili Raqif Mustafayev məlumat verib. O deyib ki, Q. Salahzadə Ç. Qənizadənin məhkəməyə müraciət etməsindən sonra mətbuatda işlətdiyi sözlərdən imtina edib və buna görə də Ç. Qənizadə şikayətini geri götürmək barədə qərara gəlib: "Çingiz müəllim gördü ki, bu qeyri-ciddi adamdır, ona görə belə bir adamı məhkəməyə verməyə dəyməz dedi".

Ç. Qənizadə Qalib Salahzadənin Cinayət Məcəlləsinin 147.1 (Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayma) maddəsi ilə ittiham olunması üçün məhkəməyə müraciət edib.

Buna səbəb son vaxtlar Q. Salahzadənin Ç. Qənizadəyə qarşı mətbuatda ittihamlar səsləndirməsidir.

Şikayətə Sabunçu Rayon Məhkəməsində baxılırdı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun