İlham Əliyev Cəlilabad-Yardımlı avtomobil yolunun tikintisinə 3 milyon manat pul ayırıb

İlham Əliyev Cəlilabad-Yardımlı avtomobil yolunun tikintisinə 3 milyon manat pul ayırıb
4 Sentyabr 2017
Mətni dəyiş

Prezident İlham Əliyev Cəlilabad-Yardımlı avtomobil yolunun tikintisinə 3 milyon manat pul ayırıb.

Abzas.net xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat verib.

"Cəlilabad-Yardımlı avtomobil yolunun tikintisinin davam etdirilməsi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə 3,0 (üç) milyon manat ayrılsın", - deyə, sərəncamda bildirilib.

 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun