Bu gün kolleclərin boş qalan plan yerlərinə qəbul olunanların qeydiyyatı üçün son gündür

Bu gün kolleclərin boş qalan plan yerlərinə qəbul olunanların qeydiyyatı üçün son gündür
13 Sentyabr 2017
Mətni dəyiş

Bu gün tam (11 illik)  orta və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) boş qalan plan yerlərinə qəbul olunanların qeydiyyatı başa çatır.

Abzas.net xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin mətbuat xidməti məlumat verib.

Abituriyentlər saat 17:00-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olunduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər.

Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisəsindən öyrənə bilərlər.

Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olunanlar siyahısından xaric ediləcəkdir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun