Alxanlı kəndinə atılan mərmi Tarix Muzeyində nümayiş etdiriləcək [foto]

Alxanlı kəndinə atılan mərmi Tarix Muzeyində nümayiş etdiriləcək [foto]
6 Sentyabr 2017
Mətni dəyiş

Ermənilərin Füzuli rayonunun Alxanlı kəndinə atdığı mərmi Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Milli Azərbaycan Tarixi Muzeyində nümayiş etdiriləcək.

AMEA-dan APA-ya verilən məlumata görə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini əks etdirən bir sıra materiallar Milli Azərbaycan Tarixi Muzeyinə təqdim olunur.

Bu günlərdə düşmən qəddarlığını əks etdirən daha bir material - erməni silahlı qüvvələrinin dəzgahlı qumbaraatanlardan atdığı mərmi muzeyə verilib. Mərmini muzeyə Füzuli rayon sakini, Bakı Dövlət Universitetinin müəllimi Nazim Vəlişov təqdim edib.

N.Vəlişov Qarabağa dair kitablarını da muzeyə hədiyyə edib.

Bu il iyulun Ermənistan silahlı qüvvələri Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə yaralanıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun