Ağ evin ictimaiyyətlə əlaqələr üzrə yeni direktoru məlum olub

Ağ evin ictimaiyyətlə əlaqələr üzrə yeni direktoru məlum olub
13 Sentyabr 2017
Mətni dəyiş

Donald Trump Ağ evin ictimaiyyətlə əlaqələr üzrə direktoru vəzifəsinə öz seçki qərargahının mətbuat katibini təyin edib.

Abzas.net xəbər verir ki, bu barədə "BBC" məlumat verib.

Belə ki, 28 yaşlı Hope Hicks Trump administrasiyanın yeni ictimaiyyətlə əlaqələr üzrə direktoru təyin edilib. Təyinatdan öncə də Hicks bu vəzifəni müvəqqəti icra edirdi.

Bu vəzifədən öncə, Hicks prezidentin strateji əməkdaşlıq üzrə köməkçisi vəzifəsində çalışıb.

28 yaşlı Hope Hicks keçmişdə model olub.

Hicks-dən öncə Ağ evin ictimaiyyətlə əlaqələr üzrə direktoru vəzifələrini Anthony Scaramucci icra edib. O, bu postda cəmi 10 gün çalışıb.

   

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun